• slidebg1

    Gələcəyi bugün inşa edirik

  • slidebg1

    Khazar Islands

    Süni arxipelaqda inşa olunacaq "Khazar Islands",
    3 min hektar sahədən ibarət olan 50 müxtəlif
    ölçülü adadan və 19 mikrorayondan ibarət olacaq.
    8 km uzunluğu, 3 km eni olacaq arxipelaqın
    ümumi sahəsi 24 km təşkil edəcək.

  • slidebg1

Bizim Prioritetlərimiz

Bizi Fərqləndirən Nədir?
Dəqiq Planlaşdırılma
Sürətli İnşaat
Etibarlı Binalar
Müştərilərin İnamı

Bizim Layihələr

Son Layihələr
Khazar Islands
Khazar Islands
Gold City
Gold City
Stingray
Stingray

Dünya Nə Deyir

Haqqımızda

Xəbərlər

Son Xəbərlər
11.05.2015

Xəzər adaları" kuboka sahib çıxdı

Bu gün futzal üzrə Azərbaycan çempionatında mövsümün son turu keçirilib. Öncə "Neftçi" və "Araz" klubları üz-üzə gəlib. Paytaxt klubu rəqibini 4:2 hesabı ilə məğlub edib. Daha öncədən çempionluğunu təmin etmiş "Xəzər adaları" isə "Qarabağ veteranları"nı 12:1 hesabıyla məğlub edib. Qarşılaşmadan sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub. Mərasimdə futzal federasiyasının prezidenti Zaur Axundov, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, veteran futbolçu Asim Xudiyev və "Xəzər adaları"nın sahibi Hacı İbrahim Nehrəmli iştirak edib. Mövsümün ən yaxşı məşqçisi "Xəzər adaları"nın çalışdırıcısı Elnur Qəmbərov, ən yaxşı qapıçısı "Fənər"in üzvü Emin Kürdov olub. Mövsümün bombardiri kimi "Xəzər adaları"nın futzalçısı Sezar mükafata layiq görülüb.

Ətraflı
06.05.2015

“Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli Mərakeş Krallığına işgüzar səfəri edib.

“Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli Mərakeş Krallığına işgüzar səfəri edib. Səfər çərçivəsində o, Mərakeşin maliyyə, iqtisadiyyat və vergi naziri Mohamed Boussaidi, bu ölkənin paytaxtı olan Kasablankanın inkisafi uzrə təşkilatın direktoru Mohamed Aouzali, Kasablankanın meri Xalid Safir, Mərakeşin Bas prokuroru Mostafa Maddah, bir qrup iş adamı ilə görüşlər keçirib.

Ətraflı
27.04.2015

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin "Khazar İslands"da olub.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli diplomata şirkət və layihə haqqında geniş məlumat verib. Səfir şəhər-kompleksin inşaası istiqamətində bu qədər işin həyata keçirildiyini təsəvvür etmədiyini, gördüklərinin onda dərin təəssürat yaratdığını qeyd edib. Belə böyük layihəyə imza atdığı üçün Hacı İbrahim Nehrəmlini təbrik edən səfir Həsən Hami “Khazar İslands” ın Azərbaycanın iqtisadi inkişafının göstəricisi olduğunu qeyd edib. Bu layihənin Azərbaycanın iqtisadi inkişafına bundan sonra yeni tövhələr verəcəyini qeyd edən səfir xüsusilə də turizmin inkişafına güclü təkan ola biləcəyini vurğulayıb. Hacı İbrahim Nehrəmli səfirə Mərakeşə edəcəyi səfər haqqında məlumat verib, orada rəsmi şəxslər və iş adamları ilə çoxsaylı görüşlərin nəzərdə tutulduğunu deyib.

Ətraflı